Faiq Ağayev: "Kimi rayonda maşından çılpaq atmışdılar, onları az adam bilir " - VİDEO

13 May 2022 17:36

Baku TV-də yayımlanan "O kimdir?" verilişinin növbəti buraxılışının qonağı Xalq artisti Faiq Ağayev olub.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, müğənni şou-biznesdə dostluqdan, gənc müğənnilərin tənqid olunmasından, mahnılarındakı ismarıclardan, reallaşdıra bilmədiyi arzusundan danışıb.

Ən yaxın sənət dostlarından söz açan sənətçi Xalq artisti Aygün Kazımova ilə mübahisə edəndə barışmaq üçün ilk addımı onun atdığını qeyd edib.

"Artistə geyimə görə irad tutarlar?! Bu, onun rollarıdır. Artist bu gün "Peyğəmbər", sabah "İblis" rolunu oynaya bilər", - deyə haqqındakı dedi-qodulardan da danışıb. 

Milli.Az