Aktyor lüks avtomobilini hərraca çıxardı

13 May 2022 16:24

Riçard Gir "Bring a Trailer" mağazasında özünün 1999-cu il istehsalı olan Jaguar XK8 kabrioletini avtohərraca çıxarıb.

Milli.Az "baku ws"-ə istinadla xəbər verir ki, maşının satışından əldə edilən məbləğ müharibədən əziyyət çəkən ukraynalılara yardıma yönəldiləcək.

Lüks avtomobil 4 litrlik mühərrikə və beş pilləli avtomatik transmissiyaya malikdir. 

Avtomobilin yürüşü 30 min mildir (48,2 min km).

Milli.Az