NATO Ukraynada nüvə silahı yerləşdirəcək?

13 May 2022 10:30

Rusiya NATO-nun Ukraynada nüvə silahı yerləşdirməyəcəyinə ümid edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın AB-dəki daimi nümayəndəsi Vladimir Çijov deyib.

"NATO Ukraynada nüvə silahı yerləşdirəcəkmi? Ümid edirəm ki, yox!" - Çijov vurğulayıb.

Diplomat qeyd edib ki, ABŞ-dan fərqli olaraq, Rusiya öz ərazisindən başqa heç bir yerdə nüvə qurğuları yerləşdirmir.

Milli.Az