Taliban rəsmən elan etdi: Hicab taxmayan qadınlar...

13 May 2022 09:36

Əfqanıstanın hakim Taliban hərəkatı ölkə ərazisində bütün qadınların hicab taxmasının məcburi olduğunu rəsmən elan edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, qərara əsasən dövlət idarəsində çalışan və hicab taxma qaydalarına əməl etməyən qadın vəzifələrindən kənarlaşdırılacaq.

Həmçinin dövlət qurumunda vəzifə tutan, arvadı, yaxud qızı hicab taxmayan kişilər də işdən qovulmaq təhlükəsi ilə üzləşəcək.

Milli.Az