Rusiyalı turistlər yenə Bakını seçirlər - REYTİNQ

13 May 2022 09:24

Rusiyadan xaricə səyahət edən sərnişinlərin arasında ən populyar şəhərlər müəyyənləşib.

Milli.Az bu barədə "Report"a istinadən xəbər verir.

Onlayn xidmətin mütəxəssisləri tərəfindən istifadəçi sifarişlərinin məlumatları təhlil edilərkən məlum olub ki, Rusiyanın paytaxtı Moskvadan İstanbul, Bakı, Daşkənd və Oş şəhərlərinə uçuşlar daha çox maraq doğurur.

Bu istiqamətlər birlikdə axtarış sorğularının təxminən 17 faizini təşkil edir.

Xaricə uçanların təxminən üç faizindən bir qədər çoxu İstanbul və Bakıya gedir. Həmçinin səyahətçilər Antalya, Bişkek, Düşənbə, Tel-Əviv və Kişinyovla maraqlanırlar.

Analitiklər qeyd edirlər ki, xaricə aviabiletlərin bronlaşdırılmasının sayı az olaraq qalır.

Mayın 1-dən 11-ə qədər səyahət üçün sənəd verənlərin 74 faizi eyni ayda, 18 faizi iyunda, 6 faizi iyulda, iki faizdən azı isə avqust və sentyabr aylarında uçuş planlaşdırıb.

Milli.Az