"Biz razıyıq ki, silahlara nəzarət həyati əhəmiyyət kəsb edir"

13 May 2022 08:39

ABŞ administrasiyası Ukraynaya tədarük edilən silahlara nəzarətin həyata keçirilməsini həyati vacib hesab edir.

Milli.Az "report"-a istinadən bildirir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki respublikaçı senator Rend Polun Ukraynaya əlavə yardımın (40 milyard ABŞ dolları - Red) ayrılması ilə bağlı sürətli səsvermənin qarşısını almaq qərarını şərh edərkən bildirib

Senator qanun layihəsinə bu məbləğin və xüsusən də Kiyevi silahla təchiz etmək üçün istifadə olunan vəsaitlərin xərclənməsinə nəzarət edəcək aparatın yaradılması ilə bağlı düzəlişin daxil edilməsinə israr edib.

"Biz razıyıq ki, silahlara nəzarət həyati əhəmiyyət kəsb edir. Buna görə də paketə əlavə nəzarət tədbirlərini dəstəkləmək üçün artıq milyonlarla dollar, o cümlədən mövcud baş müfəttişlərin ofisləri üçün əlavə maliyyə vəsaiti daxildir. Biz bütün senatorları qanun layihəsini yubanmadan indiki formada qəbul etməyə çağırırıq"-deyə, Psaki vurğulayıb.

Milli.Az