UNICEF Ukraynada müharibədə ölən uşaqların sayını açıqlayıb

13 May 2022 08:22

UNICEF Ukraynada müharibədə ölən uşaqların sayını açıqlayıb.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə UNICEF-in icraçı direktorunun müavini Ömər Abdi BMT Təhlükəsizlik Şurasının iclası zamanı məlumat verib.

Onun sözlərinə görə, təkcə aprel ayında Ukraynada 100-ə yaxın uşaq öldürülüb.

"Bununla belə, real rəqəmlər daha çox ola bilər, çünki müharibə uşaqların müdafiəsi böhranı yaradıb", - Abdi bildirib.

O əlavə edib ki, Ukraynadakı müharibə ölkənin təhsil sisteminə də təsir edib və məktəblər hərbi məqsədlər üçün istifadə olunur.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə başlayandan indiyədək 226 uşaq ölüb, daha 417-si yaralanıb.

Milli.Az