“Rusiyanın bunu etiraf etməyə cəsarəti çatmır, qorxaqdırlar” - Zelenski

13 May 2022 08:03

"Rusiya Ukraynaya qarşı müharibədə strateji məğlubiyyətə uğrayıb və hərbi uğur qazana bilmir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

O, qeyd edib ki, bu gecə rus qoşunları Çerniqov vilayətinə hücum edib, məktəbləri vurub. Rusiya ordusu Poltava vilayətindəki Kremençuqdakı neft emalı zavodunu da atəşə tutub, Zaporojye vilayətini, Donbasın şəhər və kəndlərini də vurublar:

"Rusiyanın strateji məğlubiyyəti artıq dünyada hər kəsə və hətta onlarla hələ də ünsiyyətdə olanlara aydındır. Sadəcə, Rusiyanın bunu hələ etiraf etməyə cəsarəti çatmır. Onlar qorxaqdırlar və bunu gizlətməyə çalışırlar. Raket, hava və artilleriya zərbələrinin arxasındakı həqiqət budur".

Milli.Az