Şimali Koreyada 18 mindən çox koronavirusa yoluxma halı təsdiqlənib

13 May 2022 07:58

Şimali Koreyada 18 mindən çox COVID-19-a yoluxma halları təsdiqlənib.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən bildirib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxma nəticəsində altı xəstə ölüb.

Qeyd edək ki, ötən gün Şimali Koreya ərazisində "stels-omikron" kimi də tanınan "omikron" ştammının BA.2 alt növü aşkarlanıb.

Milli.Az