Bakıda iki avtomobil toqquşub, ağır xəsarət alanlar var - VİDEO - FOTO

13 May 2022 07:37

Nəsimi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki,  hadisə Hüseyn Seyidzadə küçəsi ilə ikinci dərəcəli yolun kəsişməsində qeydə alınıb.

1997-ci il təvəllüdlü İlyasov Elvin Əlislam oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə H.Seyidzadə küçəsi ilə hərəkətdə olarkən 1992-ci il təvəllüdlü İsmayılzadə Əbil Amil oğlu idarəetməsində olan "Renault" markalı maşınla ikinci dərəcəli yoldan qəfil əsas yola çıxıb.

Toqquşma nəticəsində E.İlyasovun sağ bud sümüyü sınıb. Ə.İsmayılzadə isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları ilə xəstəxanaya yerləşdirilib.

Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az