Zelenskidən Putinlə görüş barədə daha bir - Açıqlama

13 May 2022 07:32

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Zelenski İtaliyanın "Rai" dövlət televiziyasına müsahibəsində danışıb.

"Biz razılığa gəlməliyik, mümkün görüşdə heç bir ilkin şərt qoyulmamalıdır", - deyə Zelenski qeyd edib.

Zelenski 2014-cü ildə Rusiya tərəfindən qanunsuz ilhaq edilmiş Ukrayna ərazisi olan Krım məsələsinə də toxunub.

O vurğulayıb ki, Ukrayna heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq.

"Biz Rusiyanın gələcəyi haqqında düşünməliyik, Rusiyada gələcəkdə başqa dövlət başçıları və yeni nəsillər də olacaq", - Volodimir Zelenski Rusiyanın Ukraynanın qonşusu olduğuna işarə edərək deyib.

Milli.Az