Avtomobil aşıb, azyaşlılar xəsarət alıb - VİDEO - FOTO

13 May 2022 07:18

Masazır qəsəbəsində idarəetmədən çıxan avtomobil aşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Novxanı şosesində qeydə alınıb.

Xanım sürücü idarəetməsində olan "BMW" markalı maşınla yol kənarında yerləşən duz gölünə aşıb. Qəza nəticəsində sürücü və onun üç azyaşlı övladı müxtəlif bədən xəsarətləri alaraq 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az