Rusiyanın döyüş helikopteri vuruldu

12 May 2022 23:34

Ukrayna hərbçiləri Luqansk səmasında Rusiya SQ-nə məxsus "Mi-24" helikopterini vurub.

Bu barədə Ukraynanın desant qoşunları məlumat yayıb.

Məlumatda deyilir ki, Luqansk səmasında 4 helikopterdən ibarən qrup aşkar edilib. Helikopterlərdən biri "Stinger" raketi ilə vurulub.

Milli.Az