Türkiyə ordusu ilə terrorçular arasında atışma olub, yaralananlar var

12 May 2022 22:49

Türkiyənin Qaziantep vilayətində hərbçilərlə PKK/YPG terrorçuları arasında atışma baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, Suriyanın Ayn-El Ərəb bölgəsindən Karkamış rayonu və Köprübatı Sərhəd Postu istiqamətində minaatanlardan atəş açılıb.

Atışma nəticəsində Türkiyə ordusunun dörd əsgəri və bir mülki vətəndaş yaralanıb.

Ordunun cavab zərbələri ilə altı terrorçu məhv edilib.

Milli.Az