Güclü saçlar üçün avakado maskası

15 May 2022 12:15

Ev şəraitində hazırlanan maskalarla güclü və parlaq saçlara sahib ola bilərsiniz.

Milli.Az Axşam.az-a istinadən avokado maskasını təqdim edir.

Yarım avokado, 1 yumurta sarısı, 1 yemək qaşığı bal və 1 yemək qaşığı zeytun yağını qarışdırın. Alınan məhlulu nəm saçlarınıza çəkin. Daha sonra saçınızı dəsmalla bağlayıb, üzərindən fenlə 10 dəqiqə qurudun. Qurutduqdan sonra 20 dəqiqə gözləyib, saçlarınızı yuya bilərsiniz.

Milli.Az