“Location”da ağır yaralanan Seneqal vətəndaşının son halı - FOTO

12 May 2022 18:20

"Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan bir nəfər hazırda müalicəsini davam etdirir".

Milli.Az bildirir ki, bunu "Qafqazinfo"ya açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova deyib.

O bildirib ki, Seneqal vətəndaşı ağciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır, hazırda ümumi durumu və həyati göstəriciləri qənəatbəxşdir:

"Əl və ayaq nahiyyələrində estetik əməliyyat edilməsi nəzərdə tutulub, analiz göstəriciləri əməliyyat üçün uyğundur".

Xatırladaq ki, "Location" gecə klubunda aprelin 3-də partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

Qeyd edək ki, Seneqal vətəndaşı, 1989-cu il təvəllüdlü Fatemah sözügedən klubda rəqqasə kimi fəaliyyət göstərirmiş. Bundan başqa, afrikalı qadın model kimi də çalışıb. O, hətta müğənnilərdən birinin klipinə də çəkilib.

Milli.Az