"Barselona" futbolçusunu "Mançester Yunayted"ə satdı

12 May 2022 20:42

"Barselona" klubunun futbolçusu Frenki de Yonq karyerasını "Mançester Yunayted"də davam etdirəcək.

Milli.Az Offsideplus.az-a istinadla xəbər verir ki, 25 yaşlı niderlandlı yarımmüdafiəçinin satılması barədə razılıq əldə olunub. O, növbəti mövsümdən "qırmızı şeytanlar"ın heyətində çıxış edək. Transferin məbləği və detalları barədə məlumat yoxdur.

Qeyd edək ki, Niderland yığmasının da üzvü olan De Yonq 2019-cu ildən Kataloniya təmsilçisinin formasını geynir.

Milli.Az