Mayın 7-8 - də Bakıda, Respublika səviyyəsində Gənclər İttifaqı, Rəqs Assosiasiyası və Jam Group tərəfindən təşkil edilmiş "Art Olimpiya" İncəsənət və rəqs müsabiqəsi keçirilmişdir. Tədbirdə müxtəlif yaşlı istedadlı uşaqlar iştirak etmiş və bununla da özlərini göstərə bilmişlər. 2000-dən çox iştirakçı sayəsində tədbir ilk dəfə iki meydançada-Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında və İncəsənət Gimnaziyasında keçirildi.
Müsabiqə solo, duet, kiçik qruplar və ansambllar nominasiyalarında keçirilmişdir. Festivalda incəsənətin bütün növlərinin nümayəndələri iştirak edirdi: simli alətlər, nəfəs alətləri, klaviatura alətləri, bədii söz, klassik, estrada və xalq vokalı, hər cür rəqs, təsviri incəsənət və s.
İştirakçılar bölünürdü yaş kateqoriyaları: 3-6, 7-8, 9-10, 11-12, 13-15, 16 yaş və yuxarı.
Qeyd edək ki, "Art Olimpiya" Beynəlxalq incəsənət müsabiqəsi artıq səkkizinci ildir ki, Bakıda keçirilir.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az