Özbəkistanda 6 bal gücündə zəlzələ olub

12 May 2022 15:55

Özbəkistanın cənubundakı Surxandərya vilayətində Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyi bildirib.

Hadisə nəticəsində hər hansı bir fəsad və ya itkilərin olub-olmaması barədə məlumat verilməyib.

Yeraltı təkanlar paytaxt Daşkənddən 411 kilometr cənub-qərbdə qeydə alınıb. Episentr yerin 15 kilometr dərinlyində olub.

Milli.Az