Azərbaycanın ən gözəl xanım və bəyi bu tarixdə məlum olacaq

12 May 2022 15:32

"Miss & Mister Top Model Azerbaijan 2022" müsabiqəsinin rəsmi final gecəsi May ayının 15-i saat 18:00-da baş tutacaq.

Final mərhələsində qalibiyyət uğrunda 13 bəy və 13 xanım mübarizə aparacaq. Final gecəsində model bəy və xanımlar podiuma milli arqumentlərin əks olunduğu Qarabağ geyimlərində çıxacaqlar.

Final gecəsinin qonaqlarını maraqlı şou proqram, tanınmış müğənnilərin ifaları və unudulmaz əyləncəli gecə gözləyir.

Rəsmi Final "The Orange Grove" - da (Ünvan: Nizami küç, 90 a.) baş tutacaq.

Qeyd edək ki, layihənin rəhbəri Əli Rzayev, İnam Quliyev, xoreoqraf və təşkilatçıları Luiza Matkazina və Nicat Ələkbərlidir.

Milli.Az