Rusiya bu Avropa ölkəsini təhdid etdi: Çox peşman olacaqsınız

12 May 2022 19:00

Rusiya Finlandiya ilə bağlı sərt açıqlama verib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, Finlandiyanın NATO-ya üzvlüklə bağlı bəyanatına Rusiya sərt reaksiya verib.

Belə ki, Rusiya Finlandiyanın bəyanatlarına təhdid xarekterli cavab verib.

Kremlin bəyanatında deyilir: "Finlandiya Avropa Birliyinin Rusiyaya qarşı qeyri-dost addımlarına qoşulmağa başlayıb. Bu, təəssüf doğuran addımdır və buna cavab veriləcək. Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün birbaşa təhdiddir, çox peşman olacaqlar".

Bəyanatda həmçinin Rusiyanın qətiyyətli cavab vermək üçün hər an hazır olduğu bildirilib: "NATO-nun genişlənməsi nə dünyanı, nə də Avropanı daha sabit hala gətirməyəcək. Rusiya Ukraynaya müdaxilə etməyə çalışan və hərbi əməliyyatın qarşısını almağa çalışanlara ən qətiyyətli cavabı verməyə hazırdır".

Milli.Az