"Yeni adlar" layihəsi çərçivəsində beynəlxalq müsabiqələr laureatlari konserti olacaq

12 May 2022 15:03

13 may 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Yeni adlar" layihəsi çərçivəsində Əməkdar Artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və beynəlxalq müsabiqələr laureatı, BMA-nın müəllimi Nərgiz Kəngərli və Zərifə Alxazovanın konserti olacaqdır.

Konsertdə tamaşaçılar dünya klassik musiqisinin incilərindən zövq ala biləcəklər. Musiqiçilərin ifasında Lüdviq van Bethovenin fortepiano və orkestr üçün konserti (N.4, G dur, op.58) və Dmitri Şostakoviçin skripka və orkestr üçün konserti (N.1, a moll op.77) səslənəcəkdir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az