"Allahın verdiyi övlada qarşı çıxdım, peşmanam" - Mətanət Əsədova - VİDEO

12 May 2022 18:30

Müğənni Mətanət Əsədova "1 dəqiqə" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı övladını dünyaya gətirməkdən imtina etdiyini etiraf edib:

"Allahın verdiyi övlada vaxtında qarşı çıxdım. Çox peşmanam. İndi də gec deyil. Amma mənim güvənim yoxdur. Olsun, tək qalım. Özüm-özümü aldadıb, camata xoş olsun, efirdəyəm, məni belə sevəcəklər, birdən kimsə saymaz, bunlar mənə lazım deyil. İçim-içimi yeyincə özümü aldada bilmərəm həyatda. Nə də imkan verərəm ki, kimsa məni aldatsın. Niyə gözümlə görə-görə uçuruma atım özümü?

Belə alındı. Hamının həyatında enişli-yoxuşlu yollar olub. O bir qismət, alın yazısı idi, alınmadı. Deməli hələ Allah bunu mənə rəva bilmir. İstər həyatda, istər sevgidə, istər atdığım addımda ağlımla fikirləşmədim, ürəyimlə yanaşdım. Bu da mənim axırıma çıxdı".

Milli.Az