Qərbi Azərbaycanlı Olqa – Sovet casusu necə Hitlerin sevimlisinə çevrildi?

12 May 2022 17:42

1897-ci ilin 13 aprelində Qərbi Azərbaycanın Gümrü şəhərində dünyaya göz açmış Olqa Konstantinovna Çexovanın ağılasığmaz həyatı haqqında, yəqin ki, əksəriyyətin məlumatı azdır.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, AMEA-nın Elmi Tarixi İnstitutunun elmi katibi, dosent Zaur Əliyev Olqanın hekayəsi ilə bağlı araşdırma aparıb.

Olqanın Gümrüdən Berlinə qədər uzanan hekayəsini təqim edirik:

"Alman dövlətini başçısı Hitler, yanında oturan isə Azərbaycanda anadan olan, Hitler kinosunun "1 nömrəli kino ulduzu" sayılan Olqa Konstantinova Çexovadır.

O, 1897-ci ilin 13 aprelində, Qərbi Azərbaycanda, Gümrü ərazisində dünyaya göz açıb. Daha sonra Olqa Konstantinovna Çexova Gümrüdən Bakıya köçüb, bir müddət burda yaşayıb, 16 yaşında Petroqrad, sonra Moskvaya köçüb, burda teatr təhsili alaraq Almaniyaya yollanıb. 

Burada oynadığı "Foqled Qəsri" filmindəki rola görə Hitlerin bəyəndiyi aktrisasına çevrilib. Heç bir dəstəyi olmayan, alman dilini mükəmməl bilməyən gözəl və ağıllı rus əvvəlcə alman kinosunun ulduzlarından birinə, sonra isə Üçüncü Reyxin "dövlət aktrisasına" çevrilir. 

Olqa Çexovanı Hitlerin özü də çox sevir, ona diqqət və qayğı göstərirdi. Adolf Hitler Olqa Çexovanı şəxsən bütün dövlət ziyafətlərinə, qeyri-rəsmi tədbirlərə dəvət edir, onunla yanaşı əyləşirdi.

Yalnız İkinci Dünya Müharibəsində sonra məlum oldu ki, Qərbi Azərbaycanda dünyaya gəlmiş Olqa Çexova sovet kəşfiyyatının agenti imiş. Alman kəşfiyyatı müharibənin son günlərində Olqa Çexovanın Stalinin Hitlerin yanındakı agenti olmasından xəbər tutublar.

Qadının sürücüsü Almanlar tərəfindən həbs edilmişdi. Olqa özü isə gecə ikən Berlindən qaçmağı bacarıb. O, 1945 ci ilin 27 aprelində təyyarə ilə Moskvaya gətirilir. İki ay sonra isə Berlinə göndərilib və şəhərin Sovet təsiri altında olan hissəsində həyatına davam edib.

Lakin sonunda Sovetlərlə əlaqəni kəsib, onların əlindən qaçmağı bacarıb. Olqa 1949-cu ildə Bavariyaya, Münhen şəhərinə köçüb və , "Olga Tschechowa Kosmetik" adlı kosmetika şirkəti qurub. Eyni zamanda o, aktyorluq fəaliyyətinə də davam edib və 20-dən çox filmdə köməkçi rollarda oynayıb".

Milli.Az