Bahalığa etiraz edən qocanın başına oyun açdılar - VİDEO

12 May 2022 18:18

İranda qoca kişiyə qarşı edilən hərəkət sosial şəbəkələrdə hiddətə səbəb olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə mayın 8-i Kürdüstan vilayətində baş verib. Yaşlı kişi son zamanlar davam edən qiymət artımına qarşı etiraz edib. Bu zaman polis əməkdaşları hadisə yerinə gəliblər.

Onlar yaşlı adamla nəzakətli davranmaq əvəzinə ona zor tətbiq edərək avtomobilə mindiriblər. Ətrafdakılar polislərin bu əməlinə etiraz etsələr də, nəticəsi olmayıb.

Məlumata görə, polis əməkdaşları həmin kişini naməlum istiqamətə aparıblar.

Milli.Az