Marşrutlarla bağlı məlumatlar tezliklə “Google Maps”də olacaq - VİDEO

12 May 2022 16:48

Turistlərin, eləcə də paytaxt sakinlərinin köməyinə çatan bu sistem bir neçə il əvvəl könüllü bir qrup tərəfindən hazırlanaraq "Google" şirkətinə ötürülməyə başlanıb. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyir ki, həmin şəxslər ictimai nəqliyyatla bağlı məlumatları müvafiq dövlət qurumunun saytından və öz monitorinqləri vasitəsilə toplayıb yenidən emal edirdilər. Ancaq son dövrlərdə bu informasiyaları əldə etməkdə çətinliklər yaranıb.Yəni paytaxtın nəqliyyat sektorundakı dəyişikliklər barədə məlumatlar müvafiq dövlət qurumu tərəfindən onlara təqdim olunmayıb. Nəticədə bir neçə gün əvvəl həmin sistemdəki informasiyalar Google xəritələrdən yığışdırılıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Osman Gündüz bildirir ki, dünya təcrübəsində bu proseslə aidiyyəti dövlət qurumları məşğul olurlar. Problemi isə iki yolla həll etmək mümkündür.

Paytaxt sakinləri də "google maps"-dən sözügedən informasiyalar silindiyi üçün çətinlik çəkdiklərini deyirlər.

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin dediyinə görə, problem yaxın zamanda həllini tapacaq.

Mais Ağayev qeyd edib ki, sərnişinlər paytaxtda fəaliyyət göstərən müntəzəm marşrut xətləri ilə bağlı məlumatları alo141.az saytından da əldə edə bilərlər.

Milli.Az