Azərbaycanda ər arvadının üstünə benzin töküb onu yandırdı

12 May 2022 13:00

Gəncə şəhər sakini evini yandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin general Məhəmməd Əsədov küçəsində qeydə alınıb. Orada yaşayan kişi ailə münaqişəsi zəminində evinə od vurub. O, həyat yoldaşının da üzərinə benzin töküb. Nəticədə qadının qolu yanıb. Yanğınsöndürənlər və təcili yardım briqadası hadisə yerinə cəlb ediliblər. Qadın xəstəxanaya aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov APA-nın yerli bürosuna məlumatı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az