Kemal Kahraman 8 il həbs oluna bilər

12 May 2022 14:18

Türkiyəli aktrisa Ezgi Mola reklam çarxının afişasında yer aldığı musiqiçi Kemal Kahraman tərəfindən təqib və təhdid olunduğu üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şikayətlə bağlı araşdırma başa çatıb. Ölkə prokurorluğu Kamal "Cinsi təcavüz", "İnsanların asayişini pozma" və "Təhdid" cinayətlərində təqsirli bilərək 8 il 3 ay həbs cəzasını tələb edib.

Qeyd edək ki, E.Mola sonuncu dəfə "Masumlar apartmanı" serialında Safiye obrazını canlandırıb.

Milli.Az