21 yaşlı oğlan özünü tövlədə asdı

12 May 2022 14:24

Lənkəranda intihar hadisəsi olub.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Vilvan kənd sakini, 2001-ci il təvəllüdlü Həsən İlham oğlu Həsənzadənin meyiti tapılıb. Onun meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətində yerləşən tövlədə asılı vəziyyətdə tapılıb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az