"Azərbaycan Aİ ilə tezliklə yeni hərtərəfli sazişin imzalanacağına ümid edir"

12 May 2022 12:00

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə tezliklə yeni hərtərəfli sazişin imzalanacağına ümid edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rəşad Novruz ADA Universitetində keçirilən "Avropa günü"nə həsr olunmuş seminar zamanı deyib.

"Azərbaycan və Aİ bir-biri üçün anlayışlı tərəfdaşdır. Məhz buna görə bizim əməkdaşlığımız bundan sonra da inkişaf edəcək", - deyə o bildirib.

R.Novruzun sözlərinə görə, Aİ Azərbaycan üçün təkcə ən iri ticarət tərəfdaşı deyil, həm də investisiyalara görə birinci yeri tutur.

"Azərbaycan da ikitərəfli münasibətlərlə bağlı Aİ kimi gələcəyə baxır", - səfir deyib.

Milli.Az