Bitkoin kəskin ucuzlaşmaqda davam edir

12 May 2022 16:00

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 26 min dollaradək azalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, 2020-ci ilin dekabrından bəri qeydə alınmış ən aşağı göstərici olub.

Son sutka ərzində kriptovalyutanın dəyəri 14 faiz azalıb. Hazırda bitkoin 26,7 min dollar ətrafında alınıb satılır.

Ümumilikdə, bitkoin son altı ay ərzində 58,5 faiz ucuzlaşıb.

Milli.Az