"Azərbaycan Aİ-nin əsas enerji tərəfdaşlarından biridir"

12 May 2022 10:48

Azərbaycan Avropa İttifaqının (Aİ) əsas enerji tərəfdaşlarından biridir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko ADA Universitetində keçirilən "Avropa günü"nə həsr olunmuş seminar zamanı deyib.

"Bu gün Azərbaycan və Aİ bir-birinə hər zamankından daha yaxındır", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan həm "Şərq tərəfdaşlığı" formatında, həm də iqtisadiyyatın müxtəlif sektorlarında Aİ-nin ən yaxın tərəfdaşlarındandır.

"Bizim Azərbaycanla əməkdaşlığımızın prioritetləri həm də rəqəmsal texnologiyalara keçid, kənd rayonlarının inkişafı və insanlar arasında təmasın gücləndirilməsidir", - səfir deyib.

O qeyd edib ki, Azərbaycanla Aİ arasında yeni hərtərəfli saziş məhsuldar əməkdaşlığı daha da möhkəmləndirəcək.

"Biz ümid edirik ki, yeni hüquqi baza inkişafın daha da dərinləşdirilməsi üçün imkan yaradacaq", - P.Mixalko deyib.

Milli.Az