Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralanan var

12 May 2022 10:54

Bakı-Quba-Rusiya sərhədi yolunun Siyəzəndən keçən hissəsində ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, BMW markalı, 90 NL 595 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Yük maşınının sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin araşdırmalar zamanı ölən sürücünün adının Elçin, xəstəxanaya yerləşdirilən şəxsin adının isə Məhiyəddin olduğu məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az