Cəmi 2 qaşığı insult riskini azaldır - Türk həkimlər

12 May 2022 22:25

Tahin ürək, beyin xəstəlikləri riskini, insultun qarşısını alır.

O damarlarda xolesterini azaldır, orqanizmi zəhərlərdən təmizləyir.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, türk həkimlər hər gün səhər yeməyində 2 qaşıq üyüdülmüş küncüt əzməsi - tahin yesə beyini, ürəyi qüvvətləndirər.

Tahində immunitet üçün lazım olan bütün zəruri vitaminlər var.

O, kalsium, zülal, lif, Omeqa 3-lə zəngindir.
Sümükləri bərkidir.

Adətən Türkiyədə bölgələrdə tahini bəhməzlə birgə qəbul edirlər.

Belə yedikdə bu ikili qandan zəhər və toksinləri çıxarmağa qaraciyərə kömək edir.

Milli.Az