Van Dammın oğlu azərbaycanlı həyat yoldaşından yazdı: "Bütün yaşadıqlarımdan sonra..." - FOTO

12 May 2022 11:54

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristofer Van Damm sosial şəbəkə hesabında yeni paylaşım edib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, o, ötən il ailə həyatı qurduğu azərbaycanlı musiqiçi Suada Hacızadənin yeni fotosunu yayımlayıb.

Kristofer arvadının şəkilinə bu xoş sözləri də əlavə edib:

"Bütün yaşadıqlarımdan sonra tunelin sonundakı işığın sən olacağını heç bilmirdim".

Qeyd edək ki, cütlük ötən il iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

Milli.Az