Türkiyənin avtomobil ixracı bu qədər artıb

12 May 2022 15:54

2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq 10,1 milyard dollara bərabər olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin aprel ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 11,5 faiz çoxdur" - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 29,3 milyard dollar məbləğində avtomobil ixrac edib.

Milli.Az