Arvadının bu əməlindən bezib boşandı: məhkəmədən gözlənilməz qərar

12 May 2022 12:48

Türkiyədə bir cütlük qəribə səbəbdən boşanmaq üçün məhkəməyə müraciət edib.

Milli.Az lent.az-a istinadla bildirir ki, müraciət edən kişinin səbəbi məhkəmədə həqiqət kimi qəbul edilib. Məlum olub ki, arvadının hər ay maaşını əlindən almasından bezən ər boşanmaq istəyib. Bu səbəbdən, Bursa şəhər məhkəməsinə üz tutub. Hakim onun bu səbəbini uyğun hesab edib və cütlüyün boşanmasına qərar verib.

Hadisə mediada geniş yayılıb və oxucuların müzakirə obyektinə çevrilib.

Milli.Az