Çörək aldı, içindən bolt çıxdı - VİDEO

12 May 2022 11:12

"Çörəkçi" zavodunun istehsal etdiyi çörəyin içərisindən bolt çıxıb. 

Milli.Az xəbər verir ki, bu barədə jurnalist Amil Hacıyev sosial şəbəkədə məlumat verib.

O, qeyd edib ki, "Al market" mağazasından aldığı çörəyin içindən tikinti materialına aid bolt çıxıb.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"a bildirilib ki, bununla bağlı məlumat mediadan götürülərək araşdırılması üçün AQTA-da aidiyatı üzrə yönləndirilib.

Qeyd olunub ki, araşdırmalar aparılacaq və araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək:

"Vətəndaşlardan xahiş edirik ki, bu kimi hallarla rastlaşdıqda konkret faktları - məhsulun adı, istehsalçısı, satış obyekti, istehsal tarixi və s. göstərməklə Agentliyin 1003 "Çağrı Mərkəzi"nə zəng edib məlumat versinlər".

Milli.Az