“Qarabağ” “Sumqayıt”ı darmadağın etdi - YENİLƏNİB

12 May 2022 21:48

21:48

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib.

XVI turdan təxirə salınmış matç baş tutub.

Ölkə çempionu "Qarabağ" "Sumqayıt"ı qəbul edib. "Azersun Arena"dakı qarşılaşmada darmadağın qeydə alınıb. Çempionluğu öncədən təmin edən "Qarabağ" rəqibinin qapısından 5 cavabsız top keçirib. Buna qədər son iki ev oyununda qələbə qazana bilməyən Qurban Qurbanovun yetirmələri bu seriyaya son qoyub.

Qeyd edək ki, növbəti - XXVII turun oyunları isə mayın 15-də baş tutacaq.

Azərbaycan Premyer Liqası
XVI turdan təxirə salınmış oyun
12 may (cümə axşamı)
19:00. "Qarabağ" - "Sumqayıt" - 5:0
Qollar: 
Filip Ozobiç, 4, Patrik Andrade, 11, Kadi Borqes, 30, 52, Vadji İbrahima, 31
Baş hakim: Rauf Allahverdiyev
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
"Sumqayıt": 23. Andrey Popoviç, 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 78. Araz Abdullayev, 91. Anatoli Nuriyev, 5. Camaləddin Xocaniyazov (k), 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 20. Ayxan Süleymanlı
Baş məşqçi: Aleksey Baqa
"Azersun Arena"

1

Qarabağ

26

19

6

1

65-12

63

2

Neftçi

26

15

5

6

41-26

50

3

Zirə

26

12

7

7

32-27

43

4

Qəbələ

26

11

8

7

36-33

41

5

Sabah

26

12

3

11

39-31

39

6

Şamaxı

26

5

6

15

25-48

21

7

Sumqayıt

26

4

6

16

15-44

18

8

Səbail

26

4

3

19

17-49

15

Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Davit Volkov ("Zirə"), Filip Ozobiç, Vadji İbrahima, Kadi Borqes (hamısı "Qarabağ") - 11, Tiaqo Bezerra ("Neftçi") - 10 qol

08:07

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında bir oyun keçiriləcək.

Milli.Az "Report"a istinadən bildirir ki, "Qarabağ" XVI turdan təxirə salınmış matçda "Sumqayıt"ı qəbul edəcək. "Azersun Arena"dakı qarşılaşma saat 19:00-da başlayacaq.

Bu görüş vaxtından əvvəl çempionluğu təmin edən "köhlən atlar" üçün formal xarakter daşıyır. Ötən tur evdə "Şamaxı"nı məğlub etməklə Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsini qazanan "gənclik şəhəri" təmsilçisi isə ən azı uduzmamağa çalışacaq. Hazırda Ağdam klubu 60 xalla 1-ci, "Sumqayıt" isə 18 xalla 7-ci pillədə qərarlaşıb.

İki kollektiv indiyədək ölkə çempionatında 38 dəfə qarşılaşıb. Bunların 28-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıblar. 5 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində də Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin böyük üstünlüyü var - 86:18.

"Qarabağ" 8 oyundur xalsız qalmır. "Sumqayıt" isə son üç matçda quru hesabla uduzub.

Azərbaycan Premyer Liqası

XVI turdan təxirə salınmış oyun

12 may (cümə axşamı)

19:00. "Qarabağ" - "Sumqayıt"
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
"Azersun Arena".

Milli.Az