Çində sərnişin təyyarəsi yanıb: 40 yaralı

12 May 2022 08:14

"Tibet Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çunçin şəhərindəki "Çzyanbey" beynəlxalq hava limanında havaya qalxarkən uçuş-enmə zolağından çıxaraq alovlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat təxminən 8:00-da (Bakı vaxtı ilə ilə saat 3:00) baş verib, bütün sərnişinlər dərhal təxliyə edilib.

Təyyarədə 113 sərnişin və 9 ekipaj üzvünün olduğu bildirilir.

Hadisə zamanı 40 nəfər yaralanıb.

Ölənlər barədə məlumat verilmir.

Qəzanın səbəbləri müəyyən edilməyib.

Milli.Az