Azərbaycanda TIR sürücüsünün meyiti kabinədən tapılıb

12 May 2022 08:04

Hacıqabulda sürücü avtomobildə ölü tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində park halında TIR tipli qoşqulu yük avtomobilinin kabinəsində sürücünün meyiti aşkar edilib.

Onun hansı vəziyyətdə öldüyü hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Patoloji Anatomiya Birliyinə yerləşdirilib.

Milli.Az