Bakıda kişini avtomobil vuraraq komaya salıb

12 May 2022 08:48

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığında baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Xankişiyev İntiqam Vaqif oğlu yolu keçərkən onu "Mercedes" markalı minik maşını vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlər piyadanın xəstəxanaya daxil olarkən vəziyyətinin ağır olduğunu bildirib.

Hazırda yaralı komatoz vəziyyətindədir.

Milli.Az