Bakıda gənc oğlan bıçaqlanıb

12 May 2022 08:38

Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Azadlıq Prospekti" stasniyasının yaxınlığında qeydə alınıb.

1993-cü il təvəllüdlü Rəcəbli Emil Tahir oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb.

O, sol ayağının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

Milli.Az