Bakıda kişi baldızı tərəfindən bıçaqlanıb

12 May 2022 08:18

Bakının Qaradağ rayonunda bıçaqlanma baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ailə məişət zəmnində baş verən bıçaqlanma Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Əli Həsənov yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı o qarnının ön divarından bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Milli.Az