Finlandiya NATO-ya qoşulacaq?

12 May 2022 08:33

Finlandiya prezidenti Sauli Niinistö və baş nazir Sanna Marin cümə axşamı ölkənin NATO-ya üzvlüyü ilə bağlı mövqelərini açıqlayacaqlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli "YLE" telekanalı dövlət başçısının dəftərxanasına idtinadla xəbər verib.

Qeyd olunur ki, onların məsələylə bağlı münasibətini əks etdirən məlumat 12 may yerli vaxtla 10:00 açıqlanacaq.

Marin daha əvvəl Yaponiyanın NHK telekanalına müsahibəsində bildirmişdi ki, Finlandiya hakimiyyəti bir həftə ərzində ölkənin NATO-ya mümkün daxil olması ilə bağlı qərar verəcək.

Milli.Az