Rusiyaya qarşı sanksiyalar bu limanı "vurdu"

12 May 2022 08:23

Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar Rotterdamda yerləşən Avropanın ən böyük limanının fəaliyyətinə mənfi təsir göstərib və bu məhdudiyyətlərin nəticələri ilin sonuna qədər artacaq.

Bu barədə "Bloomberg" agentliyinə liman administrasiyasının rəhbəri Allard Kasteleyn bildirib.

O izah edib ki, indiyədək sanksiyalar limanın fəaliyyətinə "nisbətən məhdud" təsir edib. Eyni zamanda, hər bir yeni məhdudlaşdırıcı tədbirlər paketi təchizat zəncirlərinə özünəməxsus şəkildə təsir edir. Belə ki, əgər məhdudiyyətlər malların dəyəri ilə bağlıdırsa, o zaman bütün bu mallar və konteynerlər yoxlanılmalıdır və beləliklə, tədarük zəncirində gecikmələr yaranması riski olur.

"Sanksiyaların artan təsirini görürük. Bu, birinci rübün ortalarında başlamışdı, lakin biz ilin qalan hissəsində daha əhəmiyyətli təsir gözləyirik", - A. Kasteleyn qeyd edib.

Milli.Az