"Ayaks"dan 36-cı çempionluq

12 May 2022 07:15

Niderland Erediviziyasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33-cü turda evdə "Herenven"i 5:0 hesabı ilə məğlub edən "Ayaks" son 1 tur qalmış çempionluğunu rəsmiləşdirib. Xallarını 82-ə çatdıran "Ayaks" ən yaxın izləyicisi PSV (78 xal) üçün əlçatmaz olub.

Bu, Amsterdam təmsilçisinin ümumilikdə 36-cı çempionluğudur.

Milli.Az