"Futbol dünyanın problemlərini həll edə bilməz"

11 May 2022 23:03

"Futbol dünyanın problemlərini həll edə bilməz, amma köməklik göstərər".

Milli.Az "report"-a istinadən bildirir ki, bunu FIFA prezidenti Canni İnfantino UEFA-nın Avstriyanın paytaxtı Vyanada keçirilən 46-cı Konqresində Ukraynadakı müharibə barədə danışarkən deyib.

O bildirib ki, dünyaya sülh lazımdır və həmin gün gələndə futbol insanları yenidən bir araya gətirmək, onların arasındakı birliyi geri qaytarmaq üçün ön planda olmalıdır: "Əminəm ki, belə də olacaq. Çünki futbolun əsas vəzifəsi məhz budur".

Milli.Az