Poltavaya raket zərbələri endirildi

11 May 2022 22:29

Ukraynanın Poltava bölgəsi raket zərbəsinə məruz qalıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Poltava vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Lunin Teleqram kanalında bildirib. 

"Poltava bölgəsi. Düşmənin raket zərbələri. Dağıntı və qurbanlar barədə təfərrüatları öyrənirik", - mesajda deyilir.

Milli.Az