"Futbolu ləkələyən axmaqları cəzalandırmaqdan çəkinməməliyik"

11 May 2022 21:34

"Futbolu ləkələyən axmaqları cəzalandırmaqdan çəkinməməliyik".

Milli.Az "report"-a istinadən bildirir ki, bunu UEFA prezidenti Aleksander Çeferin qurumun Avstriyanın paytaxtı Vyanada keçirilən 46-cı Konqresində çıxışı zamanı deyib.

Londondakı "Uembli" stadionunda İngiltərə və İtaliya yığmaları arasında AVRO-2020-nin final matçında baş vermiş hadisələri xatırladan sloveniyalı funksioner bu cür səhnələrə icarə verməməli olduqlarını bildirib: "İrqçilik hər yerdə mövcuddur və bu, bizim əsas problemimizdir".

Qeyd edək ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən görüşdə İngiltərəyə penaltilər seriyasında qalib gələn (3:2) İtaliya yığması Avropa çempionu olub.

Milli.Az